"Tədris müəssisələrində hicab taxılmasına qadağa müəllimlərə deyil, yalnız məktəbli qızlara aiddir. Ali təhsil müəssisələrinin tələbələrinə gəldikdə isə bu məsələ müzakirə edilməyib və hələlik açıq qalır?. Bunu təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, Azərbaycanın inkişafını dayandıran və ya onu geriyə çəkən hər hansı addımlara yol vermək olmaz. ?Bizim əsasə məqsədimiz ölkənin tərəqqisidir, biz milli dəyərlərimizi qorumalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, biz dövlət qaydalarına riayət edəcəyik?, - deyə nazir bildirib. Qeyd edək ki, Təhsil Nazirliyi hicab taxılmasına qadağa məsələsi ilə bağlı mövqeyini vahid məktəbli formasının tətbiqi ilə əsaslandırıb.