Azərbaycanda dövlət qeydiyyatından keçmiş 2612 qeyri-hökumət təşkilatından (QHT) yalnız 1114-ü Maliyyə Nazirliyinə hesabat təqdim edib. Bu barədə Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Elxan Cəfərov məlumat verib. Onun sözlərinə görə, yalnız 831 QHT vaxtında hesabat təqdim edib, digər QHT-lər isə hesabatı vaxtından verib. 1353 QHT isə Maliyyə Nazirliyinə hesabat təqdim etməyib. Nazirlik hesabat təqdim etməyən QHT-lərə məktublar göndərib. Məktublardan bir qismi ünvanına çatıb, bir hissəsi isə ünvanına çatmayaraq geri qaytarılıb. 169 QHT-nin ünvanı məlum olmadığından məktub göndərmək mümkün olmayıb. E.Cəfərov Maliyyə Nazirliyi tərəfindən 8 QHT-yə maliyyə sanksiyası tətbiq olunduğunu bildirib. Onun sözlərinə görə, gələn il hesabat təqdim etməyən bütün QHT-lərə sanksiya tətbiq ediləcək(ANSTV).