Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı mərhum dövlət başçısı Heydər Əliyevin anım günü ilə əlaqədar 11 dekabr 2010-cu il tarixində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən ?Heydər zirvəsi?nə yürüşə yollanıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dekabrın 12-də ?Heydər zirvəsi?nə çataraq onun barelyefi önünə gül dəstələri qoyaraq anmaqdır.