Elmar Məmmədyarov Türkmənistana getdi
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir günlük işgüzar səfərlə Türkmənistana yola düşüb. Nazirliyin mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, səfərin məqsədi Aşxabad şəhərində keçirilən və Türkmənistanın bitərəfliyinin 15 illiyinə həsr olunan ?Türkmənistanın daimi bitərəfliyi ? sülh, inkişaf və təhlükəsizlik naminə əməkdaşlıq? adlı beynəlxalq konfransda iştirakdır. Tədbirdə bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin və xarici qonaqların qatılması gözlənilir.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarovu Türkmənistanın Prezidentin Q.M. Berdımuxamedov qəbul edib. Görüş zamanı tərəflər iki ölkə arasında olan münasibətlərə aid və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08