Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya gedib. MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Vnukovo-2 hava limanında Azərbaycan prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.