Azərbaycanın xalq artisti ilham Əsgərov beyin insultu keçirib
Xalq artisti İlham Əsgərov beyin insultu keçirib. Aktyorun həyat yoldaşı Yeganə Əsgərovanın ANS-ə verdiyi məlumata görə, xalq artisti artıq 4 gündür ki, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Həyat yoldaşının sözlərinə görə, aktyor iki həftə əvvəl özünü pis hiss etməyə başlayıb. Dekabrın 4-də axşam saatlarında İlham Əsgərovun vəziyyəti daha da pisləşib. O, başgicəllənmə və halsızlıqla əlaqədar təcili tibbi yardım maşını ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda aktyor beyin insultu diaqnozundan müalicə olunur.
Qeyd edək ki, 52 yaşlı xalq artisti uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.
İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib. İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biridir.
İlham Təvəkkül oğlu Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti,15 may 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47