Dekabrın 11-də beyin qan dövranın kəskin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti Siyavuş Aslanın səhhəti normallaşıb. Bu barədə xalq artistinin oğlu Eldar Aslan Modern.az-a bildirib. E.Aslanın sözlərinə görə, bu gün xalq artistinin yanında olublar. ?Səhhəti normaldı. Həkimlər tərəfindən profilaktik işlər aparılır?-deyə o bildirib. E. Aslanın sözlərinə görə, təzyiqinin tez-tez oynaması xalq artistində çoxdan müşahidə edilir. ?Atam bir həftədən sonra xəstəxanadan çıxacaq?-deyə E.Aslan saytımıza bildirib.