Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Azərbaycandakı səfiri Alan Qudettini Azərbaycanda diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüş zamanı səfir A.Qudetti Azərbaycanda İsveçrənin səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan XİN ilə faydalı əməkdaşlığını qeyd edib. E.Məmmədyarov səfir A.Qudettiyə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.