İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad xarici işlər naziri Manuçöhr Mottakiyə təşəkkür edərək onu vəzifədən uzaqlaşdırıb. Xarici işlər naziri vəzifəsinə müvəqqəti olaraq Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi təyin olunub. Qeyd edək ki, Əli Əkbər Salehi hazırda İranın vitse-prezidenti vəzifəsini də yerinə yetirir. Xatrladaq ki, İranın sabiq xarici işlər naziri Manuçöhr Mottəki bu vəzifədə 2005-ci ildən fəaliyyət göstərirdi.