Bu gün 4-cü çağırış Milli Məclisin ikinci iclası keçirilir. İclasda parlamentin İntizam Komisisyasının yeni sədri də seçilib. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin İntizam Komissiyasının yeni sədri olub. Deputatlar komissiyanın tərkibini formalaşdırarkən sədr kimi ona səs veriblər. Xatırladaq ki, üçüncü çağırış Milli Məclisdə İntizam Komissiyasına YAP-çı deputat Ağacan Abiyev rəhbərlik edib.