Milli Məclisin dekabrın 7-də keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib. M.Pənahov 4-cü çağırış Milli Məclisinə seçkilərinin gedişatı və səsvermə barədə məlumat verib. O qeyd edib ki, parlament seçkilərində həm təbliğat-təşviqat dövrü, həm də səsvermə prossesi uğurla başa çatıb. Çıxışının sonunda M.Pənahov deputatlara işlərində uğurlar arzulayıb. Daha sonra MSK sədri Milli Məclisin yeni üzvlərinə deputat mandatlarını təqdim edib.