Bu gün axzam yağız və sulu qar yağacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu keçəcəyi arabir açılacağı, səhər və axşam yarımadanın bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.
Şimal-qərb küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi, günün ikinci yarısında mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-12, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, bu gün axşam və gecə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yağıntıların sulu qara keçəcəyi ehtimal olunur. Qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-11, gündüz 13-17, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08