Bu gün 4-cü çağırız Milli Məclisin ilk iclası keçiriləcək
Bu gün 4-cü çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, saat 12:00-da keçiriləcək iclasda parlamentin yeni sədri və sədr müavinləri, komitə sədrləri seçiləcək.
Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi 7 noyabr parlament seçkisinin nəticələrinin təsdiqlənməsinə dair qərar çıxarıb. Xatırladaq ki, 2010-cu il noyabrın 7-də 4-cü çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkidə 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb. Seçkidə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkidə qələbə qazanmış digər şəxslər bitərəflərdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51