Bu gün Azərbaycan Demokrat Partiyasının mərkəzi qərargahında partiyanın sədri Sərdar Cəlaloğlu ilə AXCP sədri Əli Kərimli arasında görüş keçirilib. MİA-nın xəbərinə görə, görüşdə ölkədəki ictimai siyasi vəziyyət, parlament seçkilərinin nəticələrinə dair məsələlər, müxalifətin inteqrasiyası və cəmiyyət həyatının digər sferalarını əhatə edən problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.