ADP seçki saxtakarlıqlarını məhkəmələrdə çözəcək
Azərbaycan Demokrat Partiyasının bu gün İdarə Heyətinin növbəti iclası keçirilib. ADP-nin mətbuat xidmətindən MIA-ya verilən məlumatda bildirilib ki, iclasda parlament seçkilərinin nəticələri, seçkidən sonra yaranmış siyasi vəziyyət, partiyanın seçkilərlə əlaqədar fəaliyyəti müzakirə edilib.
Müzakirələrin nəticəsində parlament seçkilərinin mərkəzləşdirilmiş qaydada və total şəkildə saxtalaşdırılması bir daha qeyd olunub, bu seçkilərlə Azərbaycanın demokratik dəyərlərdən və demokratik dünyadan daha da uzaqlaşdığı və bu parlamentin xalqın iradəsini ifadə etməməsi təəssüflə bildirilib.
İclasda seçkilərdə baş verən saxtakarlıq faktları ilə bağlı şikayətlərin MSK-da qeyri obyektiv araşdırılması pislənilib və prosesin məhkəmə instansiyalarında davam etdirilməsi qərara alınıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51