Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Müsavatın MSK-dakı nümayəndəsi Gülağa Aslanlı bildirib ki, parlament seçkiləri ilə bağlı yekun protokola imza atmasa da, rəsmi ?Azərbaycan? qəzetində sənədə onun da imza atdığı yazılıb. Məzahir Pənahov bunun texniki səhv olduğunu söyləsə də, G.Aslanlı məsələnin müzakirə olunmasını istəyib. Amma onun tələbi təmin edilməyib. Sonra seçkilərlə bağlı quruma daxil olmuş müraciətlərə baxılıb. MSK-ya daxil olan 8 müraciətdən 3-ü geri qaytarılıb, digər 5 müraciət isə əsassız sayılaraq təmin edilməyib.