ABŞ səfirliyi bloqqerlərin azadlığa buraxılmasını müsbət qarzılayır
ABŞ-ın Azərbaycandakı səfirliyi həbsdə olan bloqqerlərin azadlığa buraxılmasını müsbtə qarşılayır. Səfirliyin noyabrın 19-da yaydığı bəyanatda belə deyilir: ?Biz, gənc azərbaycanlı liderlər və bloqqerlər Adnan Hacızadə və Emin Millinin vaxtından əvvəl azadlığa buraxılmasını müsbət qarşılayırıq?.
Səfrilik bildirir ki, Birləşmiş Ştatlar Hacızadə və Millinin məhkəmə işlərinə güclü maraq göstərib: ?Bunu prezident Obama və Dövlət katibi Hillari Klintonun onların buraxılması ilə bağlı açıq müraciətləri də sübut edir?.
Bəyanatda ümid edilir ki, jurnalist Eynulla Fətullayev də tezliklə azadlığa çıxacaq: ?Müstəqil ədliyyə, siyasi təsirə məruz qalmayan və fəal vətəndaş cəmiyyəti müasir demokratik dövlətin təməl daşıdır. Birləşmiş Ştatlar demokratik islahatların, o cümlədən ifadə azadlığı və sərbəst toplaşmanın təmin olunması istiqamətində Azərbaycan hökuməti və xalqı ilə işləmək öhdəliyinə sadiq qalır?.
Bloqqerlər Adnan Hacızadə noyabrın 18-də, Emin Milli isə noybarın 19-da azadlığa buraxılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08