Prezident İlham Əliyev NATO-nun zirvə toplantısında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabona yola düşüb. Ölkə başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.