Fərəc Quliyev Mübariz ibrahimov və Fərid Əhmədovun məzarlarını ziyarət edib
Milli Dirçəliş günü münasibətilə dünən Milli Dirçəliş Hərəkatı (MDH) lideri Fərəc Quliyevin rəhbərliyi ilə MDH fəalları milli qəhrəman Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun məzarlarını ziyarət edib.
MDH-nin informasiya mərkəzindən MIA-ya verilən məlumatda bildirilir ki, bu ziyarət yürüş olaraq həyata keçirilib. Şəhidlərin ruhuna dualar oxunduqdan sonra MDH lideri, yeni millət vəkili seçilmiş Fərəc Quliyev çıxış edib: ?Mən bir keçmiş döyüşçü olaraq bu qəhrəmanlarımızın göstərdikləri şücaətə heç də təəccüb etmir və bildirirəm ki Azərbaycan xalqının hər bir oğlu məhz Mübariz və Fəridin qəhrəmanlığını hər an təkrarlamağa qadirdir. Nə qədər ki bizim Mübariz və Fərid kimi bu al bayrağa bükülməyi özünə şərəf bilən qeyrətli vətən oğullarımız var, bu millət, bu dövlət hər zaman var olacaq və bütün dünya ölkələri də Azərbaycan xalqı və dövləti ilə razılaşmalı olacaqlar?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51