Fransanın yeni hökumətinin tərkibi açıqlanıb
Fransanın baş naziri Fransua Fiyon Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Məlumatı ?Associated Press? agetnliyi yayıb. Kristin Laqard maliyyə naziri kimi fəaliyyətini davam etdirəcək. Ölkənin büdcə məsələləri üzrə naziri Fransua Baruan da vəzifəsini qoruya bilib. Daxili İşlər Nazirliyinə də əvvəl olduğu kimi Bris Ortefe rəhbərlik edəcək.
Keçmiş baş nazir Alen Jüppe təhlükəsizlik naziri olacaq. Xarici İşlər Nazirliyinə isə Mişel Alliot-Mari başçılıq edəcək.
Qeyd edək ki, Fransua Fiyon prezident seçkilərinə qədər baş nazir vəzifəsində qalacaq. Prezident Nikolya Sarkozi yeni hökuməti formalaşdırmağı ona həvalə edib. Fransua Fiyonun özü bəyan edib ki, hökuməti Fransanın iqtisadi yüksəlişinin gücləndirilməsinin vacibliyini nəzərə alaraq formalaşdıracaq.
Xatırladaq ki, Fransua Fiyon 2007-ci ildən Fransanın baş naziridir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51