Dövlət Statistika Komitəsi: "Azərbaycanda illik inflyasiya 5,3%-ə çatıb"
Bu ilin oktyabr ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri sentyabr ayı ilə müqayisədə 0,9%, yanvar-oktybar aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, oktyabr ayında ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,9%, xidmət tarifləri isə 0,2% bahalaşıb.
Yanvar-oktyabr ayları ərzində ölkədə ərzaq məhsulları ötən ilin eyni dövrünə nisbətən 6,2%, qeyri-ərzaq məhsulları 2,1%, xidmət tarifləri isə 5,2% bahalaşıb.
Qeyd edək ki, Asiya İnkişaf Bankının proqnozlarına əsasən, bu il Azərbaycanda inflyasiyanın 5%, 2011-ci ildə isə 4% təşkil edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondu isə 2010-cu ildə Azərbaycanda inflyasiyanın 5,5%, 2011-ci ildə isə 6% səviyyəsində olacağını proqnozlaşdırır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19