2010-cu ilin ötən dövründə Azərbaycanda 20 milyard ABŞ dollarına yaxın həcmdə ticarət əməliyyatları aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 faiz çoxdur. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, 2004-cü illə müqayisədə ümumi ticarət dövriyyəsi 2,9 dəfə, o cümlədən ixrac 4,1 dəfə, idxal isə 1,7 dəfə artıb. İxracın diversifikasiyası istiqamətində uğurlar əldə edilmiş və qeyri-neft məhsullarının ixracı 1,9 dəfə çox olmuşdur. Xarici ticarət əlaqələrində Avropa İttifaqı ölkələri xüsusi yer tutur və xarici ticarət dövriyyəsində bu ölkələrin payı 40 faizə yaxındır.