Noyabrın 17-də Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad və prezident İlham Əliyevin təkbətək görüşü olub. Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub, İran prezidentinin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyi bildirilib. Prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. Görüşdə ikitərəfli və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.