ABŞ-ın dövlət katibi Hillari Klinton Qurban bayramı münasibəti ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təbrik məktubu göndərib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məktubda xanım Klinton Həcc mərasimi ilə əlaqədar bütün Azərbaycan xalqını təbrik edib.