"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti (QSC) ?Qurban? bəyarım ilə əlaqədar gücləndirilmiş iş rejiminə kecir. Bayram müddətində rayonlara və əks istiqamətə gedən sərnişinlərin çoxalacağını nəzərə alan cəmiyyət bu məqsədlə müxtəlif istiqamətlərdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşacaq. Bu tədbirlər, Bakı-Qazax, Bakı-Gəncə, Bakı-Aqstafa, Bakı-Astara, Bakı-Horadiz və Bakı-Balakən istiqamətində gedən qatarlarda tətbiq olunacaq.