Mirəlioğlunun səlahiyyətli nümayəndəsi MSK-ya müraciət etdi
42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib.
Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumatda bildirilir ki, parlament seçkiləri ilə bağlı seçki dairəsində bir sıra qanun pozuntularına yol verilib: ?Yerli hakimiyyət orqanları bütün imkanları qələbəsinin təmin edilməsinə səfərbər edərək, seçicilərin bizə səs verdiyinin şahidi olan vəzifəlilər misli görünməmiş saxtakarlıqlara əl atdılar. Müşahidəçilərimizin gözü qarşısında məntəqə seçki komissiyalarının üzvləri qutulara bülletenlər salındı. Məktəblərdə, bağçalarda, xəstəxanalarda, poliklinikalarda və xüsusilə mənzil-istismar sahələrində çalışan insanlara qutulara bülleten atmağa şərait yaratdılar. Qutuya dəst halında bülleten atılması halı bütün məntəqələrdə olmuş, 29 saylı məntəqədə isə müşahidəçilər 26 bülleten atılarkən götürülmüşlər?.
Müraciətdə baş vermiş pozuntuların araşdırılması və səsvermənin nəticələrinin ləğv olunması tələb edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51