?AXCP-Müsavat? blokunun rəhbərliyi Milli Qəhrəman Mübariz İbrahimovun və şəhid baş leytenant Fərid Əhmədovun məzarlarını ziyarət edib. Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və partiyaların rəhbərliyinə daxil olan digər şəxslər tədbirdə iştirak ediblər. Onlar şəhidlərin məzarları üzərinə qərənfillər düzüb və ruhlarına dualar oxuyublar.