Avropa insan Hüquqları Məhkəməsi Fərhad Əliyevlə bağlı qərar çıxardı
[b]Qərara əsasən Azərbaycan hökuməti Fərhad Əliyevə dəyən maddi və mənəvi zərərə görə 41 min avro ödəməlidir[/b]
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan daxil olan daha iki şikayət- Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Eldar Salayevin, digəri isə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin şikayəti üzrə qərarını açıqlayıb.
Qzrarda bildirilir ki, Eldar Salayevə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndi pozulub. Fərhad Əliyevlə bağlı qərarında isə bildirilir ki, sabiq nazirə qarşı Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi, 5-ci maddəsinin 3-cü bəndi və 6-ci maddəsinin 2-ci bəndi pozulub. Məhkəmənin qərarına görə, üç ay ərzində Fərhad Əliyevə dəyən mənəvi zərərə görə 16 min avro, maddi zərərə görə 25 min avro ödənilməlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08