Qorxmaz ibrahimli: "Nəticələrin ləğv edilməsini tələb edirəm?
?Qarabağ? seçki blokunun 10 saylı Binəqədi üçüncü seçki dairəsindən vahid namizədi Qorxmaz İbrahimli bəyanat verib. MİA-ya daxil olan bəyanatda təbliğat-təşviqat kampaniyası ərzində 10 saylı Binəqədi üçüncü seçki dairəsində yaşanan qanunsuzluq, özbaşınalıq və səsvermə günü baş verən total saxtakarlıq hallarının baş verdiyi, bu dairədə seçkilərin nəticələrinin qeyri-legitim olduğu bildirilir:
?Səsvermə günü seçki məntəqələri polis əməkdaşları və xüsusi insanların nəzarəti altında olub, seçicilərə həmin gün sərt hədə-qorxu gəlinib, insanların sərbəst seçim hüququ total şəkildə məhdudlaşdırılıb, bütün məntəqələr üzrə ?karusel? üsulu və bir nəfərin bir neçə dəfə səs verməsi prosesi yaşanıb, barmaqlara mürəkkəb vurulmayıb, yaxud mürəkkəblərin vurulub-vurulmaması yoxlanılmayıb. Bununla bağlı müşahidəçilərimizin etirazları isə sərt basqılarla qarşılanıb, dairə ərazisində qeydiyyatı olmayan insanlar avtobuslarla daşınaraq, məntəqələrə soxulub, bir məntəqədə qeydiyyatı olan seçicilərin kütləvi halda digər məntəqələrdə də səs vermələri faktları baş verib, səsvermə prosesinin sonuna yaxın və səsvermə bitdikdən sonra müşahidəçilərin kəskin etirazlarına baxmayaraq, qutulara topa-topa bülletenlər atılıb?.
Bütün bunlarla razılaşmayacaqlarını bildirən Q. İbrahimli sadalanan faktları sübut etmək üçün çoxsaylı dəlillərin olduğun və həmin dəlilləri müvafiq orqanlara təqdim edəcəyini bildirib: ? Bütün bunları nəzərə alaraq, 10 saylı Binəqədi üçüncü seçki dairəsində seçkilərin nəticələrini tanımıram, bu dairədə nəticələrin ləğv edilməsini tələb edirəm?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51