isa Qəmbər və Əli Kərimli ATƏT müzahidə missiyasının rəhbərinə iradlarını bildiriblər
Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkiləri müşahidə etmiş missiyasının rəhbəri xanım Odri Qlover Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə görüşüb.
Müsavat Partiyasının mətbuat xidmətindən MİA-ya verilən məlumatına görə, görüşdə parlament seçkiləri, beynəlxalq təşkilatların seçkinin nəticələrinə münasibəti və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı vəziyyət əsas müzakirə mövzusu olub. ATƏT nümayəndəsinə bəzi iradlar bildirilib və təklif olunub ki, beynəlxalq təşkilatlar Azərbaycan iqtidarına öz mövqelərini bir qədər sərt şəkildə çatdırsınlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51