7 noyabr parlament seçkilərinin yekun nəticələri artıq demək olar ki, məlumdur. Başa çatan seçki marafonuna qoşulan Milli Məclisin bəzi deputatları artıq məğlub olmuş sayılırlar. Mandatları ilə vidalaşan deputatları aşağıdakılardır: Nəsib Nəsibli - 34 saylı Xətai ikinci seçki dairəsi; Pənah Hüseyn ? 22 saylı Nəsimi ikinci seçki dairəsi; Baba Tağıyev - 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi; Lalə Abbasova - 55 saylı Xaçmaz şəhər Seçki Dairəsi; Əhəd Abıyev 31 Suraxanı ikinci seçki dairəsi; İkram İsrafil ? 41 saylı Sumqayıt birinci seçki dairəsi; Arzu Səmədbəyli ? 8 saylı Binəqədi birinci seçki dairəsi; Cəmil Həsənli ? 18 saylı Nərimanov-Nizami seçki dairəsi.