?AXCP-Müsavat? Seçki Bloku parlament seçkilərinin nəticələrinə qiymətləndirəcək. Blokun mətbuat xidmətindən daxil olan məlumata görə, hazırda qurumun səsvermənin gedişi ilə bağlı ilkin rəyi hazırlanır. Verilən məlumata görə, sabah blokunun liderləri ? AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər Müsavat Partiyasının mərkəzi qərargahında keçirəcəkləri mətbuat konfransında blokun ilkin rəyini ictimaiyyətə açıqlayacaqlar.