Saat 14.00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 37.96 faizi səsvermədə iştirak edib. Ən böyük fəallıq 1 saylı Şərur-Sədərək (41,3%), passivlik isə 22 saylı Nəsimi II Seçki Dairəsində (7,79%) qeydə alınıb. 31 saylı Suraxanı ikinci seçki dairəsində də səsvermə fəallığı aşağı səviyyədədir. Burada 8, 89 faiz seçici səs verib. Qeyd edək ki, səsvermə saat 08:00-da başlayıb və 19:00-a kimi davam edəcək.