Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiyalı həmkarı Dmitri Medvedevə başsağlığı verib: "Hörmətli Dmitri Anatolyeviç, Rusiyanın görkəmli dövlət və ictimai-siyasi xadimi Viktor Stepanoviç Çernomırdinin vəfatı xəbəri məni dərindən kədərləndirmişdir. Sizə, Viktor Stepanoviç Çernomırdinin doğmalarına və yaxınlarına mənim ən səmimi başsağlığımı qəbul edin".