Bu gün Bakıda Xəzərin təhlükəsizliyi ilə bağlı Xəzəryanı ölkələrin prezidentlərinin Xəzər məsələləri üzrə xüsusi nümayəndələri və xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə 4-cü iclas keçiriləcək. Bu barədə jurnalistlərə Heydər Əliyev hava limanında İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə məlumat verib. İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi bildirib ki, iclasda Xəzəryanı dövlətlərin prezidentlərinin Bakıda keçiriləcək zirvə görüşünün yekun bəyanatı hazırlanacaq. Qeyd edək ki, Xəzəryanı dövlətlərin zirvə görüşü noyabrın 18-də Bakıda keçiriləcək.