Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan vətəndaşı geri qaytarılacaq. ?Novosti-Armenia? saytının yaydığı xəbərə görə, bu barədə Ermənistan müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb. Məlumatda bildirilir, həmin şəxs Ermənistan sərhədini qeyri-qanuni keçib. Təhvilvermə noyabrın 4-də saat 12.00-da Ermənistan-Azərbaycan təmas xəttinin şimal-şərqində - İcevan-Qazax yolunda baş tutacaq. Xatırladaq ki, hazırda Ermənistanda əsirlikdə olan Tovuz rayon Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-i, saat 18.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.