Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 3-də dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 14-16?, axşam 9-12? təşkil edəcək. Noyabrın 4-də dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7? isti, gündüz 14-17? isti olacaq. Noyabrın 5-də səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8? isti, gündüz 14-17? isti təşkil edəcək. Noyabrın 6-da da hava yağmursuz olsa da, gecə və səhər duman olacaq. Cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 4-8? isti, gündüz 15-18? isti təşkil edəcək. Azərbaycanın rayonlarında noyabrın 4-də gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8? isti, gündüz 15-20? isti, dağlarda gecə 3? şaxtadan 2?-dək isti, gündüz 8-13? isti təşkil edəcək. Noyabrın 5-6-da hava əsasən yağmursuz keçəcək. Lakin 6-da axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9? isti, gündüz 16-21? isti, dağlarda gecə 0-3? isti, gündüz 10-15? isti olacaq.