Noyabrın 3-də İstanbulda Əfqanıstan üzrə IV Regional İqtisadi Əməkdaşlıq Konfrans (RECCA IV) keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransda iştirak etmək məqsədilə bu gün Türkiyəyə səfərə gedib. Konfrans çərçivəsində nazir Elmar Məmmədyarovun mövzu ilə əlaqədar çıxışı planlaşdırılır.