Namizədlər canlı efirdə söyüzdülər
Bu gün İctimai Televiziyanın canlı efirində namizədlər arasında dava düşdü. 33 saylı Xətai birinci seçki dairəsindən olan namizədlər pulsuz efir vaxtında çıxış edərkən bir-birlərini ağır söyüşlərlə təhqir ediblər.
Sözügedən dairədən ?AXCP-Müsavat? seçki blokunun vahid namizədi Fuad Qəhrəmanlı Yeni Azərbaycan Partiyasının vahid namizədi, Milli Məclisin üzvü Hüseynbala Mirələmovun ünvanına ittihamlar səsləndirib. F. Qəhrəmanlı H. Mirələmovun fəaliyyətini tənqid edib, onun təmsil olunduğu hakim partiyanın ünvanına ağır ifadələr işlədib.
Hüseynbala Mirləmov isə oppenentinə və müxalifətin ünvanına qarşılıqlı olaraq tənqidlər səsləndirib.
Bu qarşlıqlı ittihamlar az keçmədən təhqirə çevrilib. Hər iki namizəd bir-birinin ünvanına ?Vicdansız?, ?Tərbiyəsiz?, ?Şərəfsiz?, ?Alçaq?, ?Binamus?, ?Şərəfsiz sənin atandır?, ?Şərəfsiz sənin dədəndir? ?Şərəfsiz Əli Kərimlidir? və bu kimi yazılası mümkün olmayan ağır söyüşlər səsləndiriblər. Fuad Qəhrəmanlının danışıq vaxtı qurtarsa da, onu sakitləşdirmək mümkün olmayıb.
Nəticədə canlı efirdə studiyaya daxil olan təhlükəsizlik xidmətinin əməkdaşları Fuad Qəhrəmanlını çıxarıblar.
[b]qafqazinfo[/b]
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08