Sabah 05:00-da Azərbaycanda saatların əqrəbləri bir saat geri çəkiləcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Bununla da Azərbaycanda yay vaxtı ləğv ediləcək. Qeyd edək ki, Azərbaycanda yay vaxtının tətbiqi və ləğv edilməsi Nazirlər Kabinetinin 1997-ci ildə qəbul edilmiş qərarına əsasən həyata keçirilir. Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.