Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclas keçirilib. İclasda seçkilərlə əlaqədar MSK-ya daxil olmuş şikayətlərə baxılıb. MSK üzvü Gülağa Aslanlı çıxış edərək təklif edib ki, parlamentdə azlıqda olan siyasi partiyaların DSK və məntəqə komissiyalarına üzvlərin təyin olunması məsələsinə də baxılsın. G.Aslanlı bu məsələdə azlıqda olan partiyalar arasında centlmen razılaşmanın olmasının zəruriliyini də qeyd edib. MSK sədri Məzahir Pənahov da bu məsələdə ən yaxşı yolun centlmen razılaşma olduğunu bildirib: M.Pənahov "özünüz razılaşın, formalaşdırın?,- deyib.