Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyi qeydə alınan 42 nəfər namizədliyini geri götürüb. MSK sədri Məzahir Pənahov qurumun iclasında məlumat verib. İndiyə qədər isə Azərbaycanda 125 seçki dairəsi üzrə 692 deputatlığa namizəd isə seçkidə iştirakını davam etdirəcək. Müşahidə aparmaq istəyən 581 beynəlxalq müşahidəçi qeydə alınıb, ölkə üzrə seçkiləri müşahidə etmək üçün 1705 nəfər MSK-da qeydiyyatdan keçib. Ümumilikdə isə seçkiləri müşahidə etmək üçün isə 25000 nəfərə yaxın şəxs qeydə alınıb. M. Pənahov bildirib ki, parlament seçkilərini 42 ölkədən müşahidəçi izləyəcək.