Müsavat Partiyasının hakimiyyətdən tələbi var
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iclasda görülən işlər, partiyadaxili, parlament seçkiləri və ictimai-siyasi vəziyyətə dair məsələlər müzakirə olunub, seçkilərin gedişi haqqında geniş müzakirələr aparılıb.
Divan AXCP-Müsavat blokunun namizədlərindən bir sıra tanınmış siyasətçilərin, ziyalıların, elm adamlarının, bölgə liderlərinin, eləcə də fəal gənclərin seçkilərdə qeydə alınmamasını qətiyyətlə pisləyib və bu faktların seçkilərin legitimliyini indidən ciddi şəkildə zədələyən faktlar kimi dəyərləndirib. Hakimiyyətin yaratdığı maneələrə baxmayaraq, blokun qeydə alınmış namizədlərinin seçkiqabağı təbliğat və təşviqat işlərinin uğurlu getdiyi qeyd edilib.
Divan Eynulla Fətullayevin həbsdən azad edilməsi barədə Avropa Məhkəməsinin qərarını dəyərləndirib və onun həbsdən dərhal azad edilməsini hakimiyyətdən tələb edib. Divan eyni zamanda E. Fətullayevin həbsdən azad edilməsi ilə bağlı özünün və digər jurnalistlərin keçirdikləri aclıq aksiyasını mənəvi-siyasi baxımdan müdafiə etsə də, onlara aclığı dayandırmağı təklif edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08