Azərbaycan Liberal Partiyası (ALP) jurnalistlərin Eynulla Fətullayevin azadlığı tələbi ilə keçirdikləri aclıq aksiyasını dəstəkləyir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ALP Azərbaycan hakimiyyət orqanlarından Avropa İnsan Haqlıra Məhkəməsinin Eynulla Fətullayevin birmənalı şəkildə azad olunması haqqında qərarını dərhal yerinə yetirməyə çağırır. Partiya hesab edir ki, Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsi, E.Fətullayevn azad edilməməsi Azərbaycan Konstitusiyasına və beynəlxalq hüquqa hörmətsizlikdir.