26-28 oktyabrda Azərbaycan Milli İstiqlal Partiyası İsveçin Moderat Partiyasının Jarl Hjalmarson Fondu ilə birgə 7 noyabr 2010-cu il parlament seçkilərinə namizədlərin iştirakı ilə seminar təşkil edəcək. MİA-nın xəbərinə görə, seminarlarda Azərbaycan Milli İstiqlal Partiyasının nümayəndələri və namizədlərlə yanaşı, İsçevdən Moderat Partiyasının Avropa Parlamentindəki nümayəndəliyinin rəhbəri xanım Kristina Lutz və Osterqotland Dairə Şurasının Müvəkkili Kristian Qustavson iştirak edəcəklər. 26 oktyabrda keçiriləcək seminarda regionlardan namizədliyi qeydə alınmış namizədlər və onların seçki qərargahlarının rəhbərləri, 27 oktyabrda isə Bakı və Sumqayıtdan olan namizədlər iştirak edəcəkdir. Seminarlarda ?təbliğat-təşviqat kampaniyasının forma və metodları?, ?seçki kampaniyasının təşkili? və ?Seçkilərin İsveç təcrübəsi? mövzusunda məruzə dinləniləcək və fikir mübadiləsi aparılacaqdır. Tədbir 28 oktyabrda namizədlərin müşahidə qruplarının rəhbərləri ilə təşkil ediləcək seminarla davam etdiriləcəkdir.