İndiyə qədər Azərbaycanda 125 seçki dairəsi üzrə müşahidə aparmaq istəyən 581 beynəlxalq müşahidəçi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, ölkə üzrə seçkiləri müşahidə etmək üçün 1 655 nəfər MSK-da qeydiyyatdan keçib. Dairələr üzrə seçkiləri müşahidə etmək üçün isə 17 633 qeydə alınıb. M.Pənahov bildirib ki, noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərini 42 ölkənin müşahidəçisi izləyəcək.