Məlum olduğu kimi, Azərbaycanda keçiriləcək 2010-cu il parlament seçkilərində iştirak etmək üçün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev öz namizədliyini 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürüb və qeydə alınıb. Əvvəlki seçkilərlə müqayisədə Hafiz Hacıyev builki təbliğatını daha da canlı qurmaq üçün partiya üzvlərinə müraciət edib. MİA-nın xəbərinə görə, o, hər bir partiya üzvündən xahiş edib ki, hərə bir manat partiyanın seçki qərargahına yardım etsin.