Xilasedicilər Xəzərdə batan balıqçını xilas ediblər. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 22-də dənizin nəzarət olunan hissəsində balıqçı qayığına suyun dolması səbəbindən qayıqda olan şəxs batma təhlükəsi ilə üzləşib. Hadisə yerinə gəlmiş FHN-in dalğıc-xilasediciləri qayıqda olan həmin şəxsi xilas ediblər. Əməliyyat saat 14.20-də başa çatıb.