Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Mia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimindən öncə baş tutub. 

Görüş 30 dəqiqə davam edib və mətbuata qapalı olub.