ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 1-2 dekabr tarixlərində Astanada keçiriləcək sammitindən əvvəl Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş keçirilə bilər. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. O bildirib ki, buna qədər həmsədrlərin regiona növbəti səfəri olacaq. ?İşğal olunmuş torpaqlara səfərdən sonra onlar regiona daha bir səfər etməyi planlaşdırıblar. Amma səfərin vaxtı hələ müəyyənləşdirilməyib. Əgər belə təklif varsa, onu biz hələ almamışıq. ATƏT-in Astanada keçirilən sammitində hər iki prezident arasında görüş olmalıdır. Hələ ki, görüşün formatı üzərində iş gedir. Görüş 3+2 formatında ola bilər. Belə təklif də var ki, ayın sonuna qədər göruş keçirilsin. Cürbəcür təkliflər səsləndirilir. Amma dəqiq bu gün, sabah dəqiqləşdiriləcək və biz onu elan edəcəyik?, - deyə Azərbaycanın xarici işlər naziri bildirib.